Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 09:57

'Türkmən sülalələri' çapdan çıxıb


AMEA
AMEA

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi şurasının qərarı ilə «Türkmən sülalələri» (Azərbaycanın Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi haqqında «İranın Kembric tarixindən» çıxarışlar) kitabı işıq üzü görüb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, bu yeni nəşr «İranın Kembric tarixindən» çoxcildliyinin VI bölməsinin tərcüməsidir. Kitabın tərcüməçisi institutun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nərgiz Axundovadır.

Terminlər və sülalə adları lüğətinin də yer aldığı nəşr XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində baş verən əsas tarixi hadisələri əks etdirir.

Kitab Azərbaycanın orta əsrlər tarixi ilə maraqlanan geniş oxucu kütləsinə, o cümlədən tarixçi, müəllim və tələbələrə nəzərdə tutulub.

XS
SM
MD
LG