Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 23:04

-

Rusiya elan edib ki, gələn ay Rio de Janeyroda olimpiya oyunlarına 250-dən artıq atleti qatılacaq. Prezident Vladimir Putin 100-dən çox idmançının dopinqə görə yarışmaya buraxılmamasını ayrıseçkilik adlandırıb.

Rusiya Olimpiya Komitəsinin rəhbəri Aleksandr Zhukov iyulun 26-da deyib k, Rusiyanın 387 olimpiya atletindən 250-dən çoxu dopinq testindən təmiz çıxıb.

Putin gileylənib ki, qadağa şüvüllə tullanma üzrə ikiqat Olimpiya çempionu Yelena Isinbayeva kimi heç vaxt dopinq tapılmamış idmançılara belə aid edilib.

“Tamamilə təmiz tarixçəsi olan atletlərimizin buraxılmamasını qəbul edə bilmərik. Təmiz diskriminasiya olan bu halı qəbul edə bilmərik və etməyəcəyik”, Putin deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG