Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:25

Yerevan polisi aksiyaçıların Xorenatsi küçəsinə toplaşmasına imkan vermir.

Bu küçə silahlı qrupun zəbt etdiyi polis binasının yerləşdiyi ərazidən keçir.

Hakimiyyət bundan əvvəl aksiyanı başqa yerə keçirməyə çağırmışdı.

Küçəyə toplaşmaq istəyən yeyli aksiyaçının saxlandığı xəbər verilir.

AzadlıqRadiosunun erməni xidməti əraziyə 50 avtobusadək polis qüvvələri gətirildiyini xəbər verir.

Müxalifətdə olan “Təsis parlamenti” hərəkatının nümayəndəsi Alek Enigomşyan yaranmış vəziyyətə görə mitinqi Yerevanın mərkəzindəki “Azadlıq” meydanında keçirməyə çağırıb.

Qeyd edək ki, bir qrup silahlı iyulun 17-də Erebunidəki polis binasını zəbt ediblər.

Onlar prezident Serzh Sarkisianın istefası və “Təsis parlamenti” hərəkatının lideri Jirayr Sefilyanın azad olunmasını tələb edirlər.

Yaraqlılar binanı zəbt edərkən 1 polis əməkdaşı ölüb, 3-ü isə yaralanıb.

Sonradan onlar bütün girovları azad ediblər.

Həmin gündən bu yana binanın ətrafında etiraz aksiyaları keçirilir.

Polislə aksiyaçılar arasında baş verən toqquşmalarda 50-ə yaxın adam xəsarət alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG