Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:56

-

İyulun 27-də ölkə ərazisində iki intihar olayının baş verdiyi bildirilir.

İlk intihar xəbəri Bakının Binəqədi rayonundan gəlib.

Report-un xəbərinə görə, H.Hüseynov küçəsi ev 21-də yaşayan 45 yaşlı Gülnarə Abdullayeva özünü öldürmək məqsədilə sirkə turşusu içib.

Qadın Toksikologiya Mərkəzinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Gülnarə Abdullayevin nədən sirkə turşusu içdiyi açıqlanmır.

Şəkidə isə iki uşaq atasının özünü asdığı deyilir.

APA-nın xəbərinə görə, Şəki şəhər Güləkli məhəlləsində yaşayan Nadir Ağayevin yaşadığı evin çardağında asılmış meyiti aşkarlanıb.

Bu hadisənin səbəbi də açıqlanmayıb.

Son vaxtlar Azərbaycanda intihar hallarının artdığı bildirilir. Ekspertlərin fikrincə, ölkədə intiharların səbəblərini ayrıca araşdıran mərkəzin yaradılmasına ehtiyac var. Mətbuatda dərc edilən araşdırmalara görə, insanlar daha çox maddi problemlər və hüquqsuzluqdan canlarına qıyırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG