Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:06

Vaşinqton məhkəməsi 1981-ci ildə ABŞ prezidenti Ronald Reagana hücum edən John Hinckley-in psixiatrik klinikadan buraxılması barədə qərar qəbul edib.

Məhkəmə artıq onun başqaları üçün təhlükəli olmadığını bəyan edib.

Amma ona, Reaganın qohumlarına yaxınlaşmaq, habelə hazırkı prezident və konqresmenlərin olduğu yerlərə baş çəkmək qadağan edilib.

Ronald Reagan 1981-ci il martın 30-da Vaşinqtonda həmkarlar ittifaqları federasiyasının nümayəndələri qarşısında çıxış edərkən Hinckley atəş açaraq prezident və 3 nəfəri ağır yaralamışdı.

Amma məhkəmə onun ağlı başında omadığını əsas gətirərək, psixiatrik xəstəxanaya göndərmişdi.

O, 35 il bu xəstəxanada qalmalı olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG