Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:37

Almaniya polisi Zirdndorf şəhərindəki qaçqın qəbulu mərkəzinin ətrafındakı partlayışın terror aktı olmadığını deyir.

Bayerischer Rundfunk televiziyası bundan əvvəl mərkəzin ətrafında partlayış olması barədə məlumat yaymışdı.

Polisin məlumatına görə partlayan çox güman ki, çantadakı aerozol olub.

Bu şəhər cənubi Bavariyada yerləşir.

Xatırladaq ki, iyulun 24-də Bavariyada musiqi vestivalına buraxılmayan 27 yaşlı suriyalı qaçqının özünü partlatması nəticəsində 15 nəfər xəsarət alıb.

İyulun 22-də həmçinin Münhendəki ticarət mərkəzində əslən iranlı olan 18 yaşlı Almaniya vətəndaşının törətdiyi silahlı hücumda 9 nəfər ölüb.

İyulun 18-də isə əslən pakistanlı olduğu bildirilən 17 yaşlı qaçın qatarda balta ilə sərnişinləri yaraladıqdan sonra polis tərəfindən güllələnib.

Ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG