Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 10:43

"Liverpul"un futbolçusu Mario Balotelli Türkiyənin "Beşiktaş" klubunda oynaya bilər.

"Fanatik" qəzetinin məlumatına görə, “Beşiktaş”ın prezidenti Fikrət Orman italiyalı hücumçu ilə maraqlandıqlarını deyib.

O, Mario Balotellinin də Türkiyə klubunda oynamağa müsbət yanaşdığını deyib.

"Beşiktaş"ın yaxın günlərdə bu transferlə bağlı "Liverpul"la danışıqlara başlayacağı gözlənilir.

Qeyd edək ki, Balotelli hazırda icarə əsasında İtaliyanın “Milan” klubunda oynayır.

XS
SM
MD
LG