Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:17

“Təsis Parlamenti” nin nümayəndəsi həkimlərin girov götürülmədiyini deyir


Alek Enigomshian

Alek Enigomshian

Müxalifətdə olan“Təsis Parlamenti”nin nümayəndəsi Alek Eniqomşyan Yerevandakı polis binasını zəbt edən yaraqlıların tibb işçilərini girov götürməsilə bağlı məlumatı təkzib edib.

O, iyulun 27-də Yerevanda keçirdiyi mətbuat konfransında deyib ki, uşaqlar heç kimi girov götürməyib, sadəcə ordakı tibbi xidmətin davamlı və növbəli olmasını istəyirlər.

Qeyd edək ki,polis idarəsini tutmuş silahlı dəstənin lideri Pavel Manukian və oğlu ötən gecə polislə atışmada yaralanıb.

Ermənistan polisinin sözçüsü Ashot Aharonyan məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, qrupun daha iki üzvü – Gagik Yegiazaryan və Aram Hakobyan isə təslim olub.

O “Facebook” hesabında yaralıların xəstəxanaya götürüldüklərini və silahlıların təslim olmasını yükunlaşdırmaq üçün danışıqlar aparıldığını yazıb.

“Sasna Tsrer” qrupu da “Facebook” hesabında polisin məlumatını qismən təsdiqləyib.

Məlumatda bildirilir ki, polis əməkdaşları binaya girərək Pavel Manukyan, Aram Manukyan, Gevorg Iritsyan və qrupun digər üzvlərini yaralayıblar.

“Polis Pavel və Aram Manukyanı, Gagik Yegiazaryanı və qrupun daha bir üzvünü oğurlayıb”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, bir qrup silahlı iyulun 17-də Erebunidəki polis binasını zəbt ediblər.

Onlar prezident Serzh Sarkisianın istefası və “Təsis parlamenti” hərəkatının lideri Jirayr Sefilyanın azad olunmasını tələb edirlər.

Yaraqlılar binanı zəbt edərkən 1 polis əməkdaşı ölüb, 3-ü isə yaralanıb.

Sonradan onlar bütün girovları azad ediblər.

Həmin gündən bu yana binanın ətrafında etiraz aksiyaları keçirilir.

Polislə aksiyaçılar arasında baş verən toqquşmalarda 50-ə yaxın adam xəsarət alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG