Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:05

iPhone satışı azalır


iphone
iphone

Apple bu ilin aprel - İyun dövrünü əhatə edən 2-ci rübün maliyyə nəticələrini açıqlayıb. Hesabata görə, Apple-ın geriləməsi davam edir.

Bu ilin 2-inci rübündə Apple-ın xalis mənfəəti ciddi azalıb.

Ötən ilin eyni dövründə rüblük 10,7 milyard dollar mənfəət əldə edən şirkətin bu ilin eyni dövründə mənfəəti 7,8 milyard dollar olub.

Hesabata görə, Apple-ın mənfəəti 27 faiz düşüb. Apple-ın gəlirləri iki rüb ardıcıl azalma göstərib.

Apple-ın mənfəətinin azalmasının səbəbi, iPhone satışlarında baş verən azalmadır.

2-nci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə, Apple-ın iPhone satışları 14,9 faiz azalıb. Şirkət bu dövrdə 40,4 milyon iPhone satıb. .

Həmin dövrdə iPad satışları 8,7% azalaraq 9,9 milyon, Mac (noutbuk və masaüstü) kompüter satışları da 11,4 faiz azalma ilə 4,2 milyon səviyyəsində olub.

XS
SM
MD
LG