Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:21

Mishel Obama: "Əlində nüvə kodu olanda tələsik qərar verə bilmərsən".


Michelle Obama

Michelle Obama

"Əlində nüvə silahının kodu olanda tələsik qərar verə bilmərsən".

Bunu ABŞ-ın 1-ci xanımı Mishel Obama Demokrat partiyasının qurultayında bu partiyadan prezidentliyə yekin namizəd Hillary Clontondan danışarkən deyib. O qeyd edib ki, bu vəzifədə, güc və qətiyyət göstərən insanı görmək istəyirdi ki, bu da Hillary Clintondur. Mishel Obama deyib ki, çünki Hillary bu işi bilir, ona ciddi yanaşır və prezidentin üzləşdiyi çətinlikləri başa düşür.

Keçmiş prezident Bill Clinton isə Universitet illərində Hillary ilə necə tanış olmasından danışıb.

Bill Clinton deyib ki, o makiyajsız, amma özünə inamlı qız tezliklə onun xanımı və bütün həyatı boyu yaxşı dostu oldu.

Qeyd edək ki, Hillary Clinton Demokrat partiyasından ABŞ prezidentliyinə ilk qadın namizəd oldu.Keçmiş Dövlət katibi partiyanın Fladelfiyada keçirilən qurultayında 2 842 , onun rəqibi Bernie Sanders isə 1865 səsi toplayıb.

Bernie Sanders qurultayda bir daha Hillary Clintona dəstək bildirib.

Keçmiş 1-ci ledi, indi Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trumpla mübarizə aparacaq.

ABŞ-da növbəti prezident seçkisi bu il noyabrın 8-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG