Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:23

-

Suriya dövlət televiziyası bildirir ki, Türkiyə ilə sərhəddə yerləşən, əsasən kürdlərin yaşadığı Qamışlı şəhərində bomba qoyulmuş maşın partladılıb, 22 nəfər həlak olub.

Televiziya maşının şəhərin qərb hissəsində partladıldığını bildirir.

Britaniyada mənzillənən Suriya İnsan Haqları Təşkilatının məlumatına görə, bomba qoyulmuş maşın kürd administrasiyasının təhlükəsizlik qərargahına çırpılıb.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb. Amma İslam Dövləti (İŞİD) qruplaşması Suriyada kürdlərə qarşı bir neçə belə hücum təşkil edib. İŞİD Suriyada kürd YPG qruplaşması və müttəfiqləri ilə mübarizə aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG