Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:41

-

ABŞ-ın keçmiş prezidenti Bill Clinton demokratları və Amerika ictimaiyyətini noyabrda həyat yoldaşı Hillary-yə səs verməyə çağırıb, deyib ki, onu Birləşmiş Ştatların ilk qadın prezidenti etmək ABŞ-ı daha güclü və daha yaxşı ölkəyə çevirəcək.

Bill Clinton iyulun 26-da Filadelfiyada Demokratların qurultayında çıxış edib. Bu çıxışdan öncə Hillary Clinton prezidentliyə namizədliyi rəsmən təsdiqlənib.

“Hillary bizi daha güclü edəcək. Bunu bilirsiz, çünki həyatını buna həsr edib”, Bill 50 dəqiqəlik çıxışında vurğulayıb.

Bir gün öncə Clinton-un praymeriz seçkilərində əsas rəqibi olmuş Bernie Sanders də seçiciləri Hillary-yə səs verməyə çağırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG