Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:45

Atəşkəslə bağlı 27 iyul açıqlaması


Erməni əsgər
Erməni əsgər

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi ümumilikdə 9 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan rayonunun Berdavan kəndindən Azərbaycan ordusunun Qazax rayonunun Kəmərli kəndindəki mövqeləri atəşə tutulub.

Bundan başqa, Berd rayonunun Çinari kəndindən də Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərinin vurulduğu açıqlanıb.

Nazirliyin bildirməsinə görə, Tərtər, Ağdam, Cəbrayıl və Goranboy rayonları istiqamətlərində də Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.
Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

XS
SM
MD
LG