Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:42

Türkiyə daha 2 generalı həbs edir


İstanbulda aksiya zamanı ilahiyyatçı Fethullah Gulen-in fotosu yandırılır

İstanbulda aksiya zamanı ilahiyyatçı Fethullah Gulen-in fotosu yandırılır

-

İyulun 26-da Əfqanıstandakı NATO qüvvələri tərkibində xidmət edən iki Türkiyə generalı saxlanıb. Bu həbslər Türkiyədə uğursuz çevriliş cəhdindən sonrakı təmizləmə kampaniyası çərçivəsində həyata keçirilib.

Türkiyə mediasının məlumatına görə, general mayor Mehmet Cahit Bakir və briqada generalı Sener Topuc Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ), Dubay Beynəlxalq Aeroportunda saxlanıblar. Onlar iyulun 15-də Prezident Recep Tayyip Erdogan-a qarşı çevrilişdə əli olmaqda şübhəli bilinirlər.

Bakir Türkiyənin Əfqanıstandakı çevik qüvvələrinin komandiridir. Topuc isə Türkiyə Quru Qüvvələrinin departament rəhbəridir.

Türkiyənin rəsmi “Anadolu” agentliyi bildirib ki, generalların saxlanması Türkiyə kəşfiyyatıyla BƏƏ arasında əməkdaşlıq sayəsində mümkün olub. Hər ikisi Türkiyəyə aparılıb.

NATO-nun Əfqanıstandakı sözçüsü deyib ki, “Türkiyə kontingenti missiyasını davam etdirir”, əlavə bilgi verilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG