Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 12:50

-

ABŞ Prezidenti Barack Obama deyir ki, ötən həftə Demokratlar Partiyasından elektron yazışmaların sızdırılması arxasında Rusiya dayana, məqsədi də ABŞ-da prezident seçkisinə təsir göstərmək ola bilər.

“Hər şey mümkündür”, Obama iyulun 26-da NBC News-a deyib.

Partiyadan sızan minlərlə email üzə çıxarıb ki, partiya liderləri praymeriz seçkilərində neytral qalmalı olmaqlarına rəğmən, Bernie Sanders-dən çox Hillary Clinton-un namizədliyini dəstəkləyiblər. Bu da demokratların qurultayından öncə partiyada narazılıq yaradıb.

Federal Təhqiqatlar Bürosu (FBI) yazışmaları kimin ələ keçirib “Wikileaks” saytına ötürdüyünü araşdırır. Obama deyib ki, “ekspertlərin bu məsələni Rusiyaya bağladığını bilirəm”.

“Bildiyimiz odur ki, rusiyalılar sistemlərimizə haker hücumu edirlər, təkcə hökumət deyil, özəl sistemlərimizə də hücum edirlər. Bu sızdırılmanın motivlərini birbaşa söyləyə bilmərəm, amma hər şey mümkündür”, deyən Obama Rusiyanın ABŞ-da seçkiyə birbaşa təsir göstərmək cəhdini istisna etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG