Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 04:18

-

"Kitab klubu" bu günlərdən çapdan çıxmış dörd yeni kitab haqda Oxu Zalına məlumat verir.

Azərbaycan Səfəvilər Dövləti

Oqtay Əfəndiyev

Oqtay Əfəndiyevin «Azərbaycan Səfəvilər dövləti» kitabı Osman-lıların «Möhtəşəm yüz il» adlandırdıqları XVI əsri (1500-1600-cü illəri) əhatə edir. Müəllif xronoloji qaydada addımbaaddım tarixi hadisələri təqib edərək o zamanın tarixini indiki oxucu üçün asan dildə xarakterizə etməyə çalışıb.

Buna da bax: "İranda modern Azərbaycan ədəbiyyatı haqda kitab çıxıb"

Qıpçaq çölünün yovşanı

Murad Adcı

Kitabda türk-qıpçaq Attilanın Altaydan Avropaya apardığı mədə-niyyətin təşəkkülündən danışılır. Burada uzunluğu 8 aylıq at yolu olan əzəmətli Dəşti-Qıpçaq dövlətinin gizli saxlanan tarixinin səhifələri mühüm yer tutur.

Kitabı dilimizə prof. Tofiq Hacıyev çevirib.

Buna da bax: "K. Marksın məşhur kitabı yenidən nəşr olundu"

KAPİTAL. Siyasi iqtisadın tənqidi

Karl Marks

Alman filosofu, siyasətçisi, marksizm nəzəriyyəsinin banisi, Karl Marks bütün həyat işi hesab etdiyi «Kapital» əsərində kapitalizmin bütün əsas iqtisadi kateqoriyalarının təhlilini vermiş və bununla da dünya istehsal tarixində misli görünməmiş kəşf etmişdir.

Kitabı dilimizə M.Ağamirov, A.Gülməmmədov, S.Məlikov, C.Cabbarov tərcümə ediblər.

Buna da bax: "Qələm adamlarının idman macəraları"

Filin seyrə çıxması (heyvanlar haqqında hekayələr)

A.İ.Kuprin

Böyük rus yazıçısı Aleksandr Kuprin təbiəti çox sevirdi, quşların, heyvaların vərdişlərinə yaxşı bələd idi, özü uşaqlığında heyvan saxlamışdı. Bu təcrübədən çıxış edərək o heyvanlar haqqında əsrarəngiz uşaq hekayələri yazaraq uşaqların sevimli yazıçısına çevrilib. Onun bütün hekayələri gözlənilməz sonluqla bitir.
Kitaba müəllifin ən maraqlı uşaq hekayələri daxil edilib.

Kitabı dilimizə Muxtar Hacıyev çevirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG