Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 05:59

387 nəfərlik Rusiya yığmasının 85 üzvü, antidopinq qaydalarının pozulmasına görə Olimpiya yarışlarından gənarlaşdırılıb.

Onların əksəriyyəti-67-si, bundan əvvəl Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası tərəfindən gənarlaşdırılan yüngül atletlərdir.

Lozannedəki idman arbitiraj məhkəməsi də iyulun 21-də qərarı təsdiqləyib.

Amma bu rəqəm getdikcə böyüyür.

Beynəlxalq Federasiya iyulun 26-da daha 7 idmançını yarışlardan kənarlaşdırıb.

The Daily Telegraph qəzeti yazır ki, Rusiya yığmasının 90 faizi dopinq qalmaqalına görə Rio-de Janeyro olimpiadasından gənarda qala bilər.

Onu da qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi iyulun 24-də Rusiya yığmasının olimpiya yarışlarına buraxılması barədə qərar verib.

Amma bir şərtlə ki, atletlər müvafiq idman növü üzrə beynəlxalq federasiyalardan razılıq alsınlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG