Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:28

Günəş batareyası ilə işləyən təyyarə yer tərafında uçuşu başa vurdu


Foto arxiv

Foto arxiv

Günəş batareyası ilə işləyən Solar İmpulse 2 təyyarəsi yer tərafında 16 aylıq uçuşu başa vurub.

Təyyarə iyulun 26-na keçən gecə Abu-Dabi hava limanına enib.

Təyyarə səyahətə məhz burdan başlamışdı və bu müddət ərzində ümumilikdə 500 saatdan çox havada olub.

“Biz Andreylə yanacaqsız 40 min kilometrdən çox məsafə qət eləmişik və missiya artıq başa çatdı.

Qalan dünyaya isə yalnız hərəkət etmək lazımdır, biz bu texnologiyadan istifadə etməli və adi fikir tərzini dəyişməkdən qorxanlara qulaq asmamalıyıq.

Qərar var və gəlirlidir”, pilotlardan biri Bertran Pikkar deyir.

Pilotlar ümumilikdə 17 mərhələdən keçiblər. Hava şəraiti pis olanda fasilə verməli olublar, hətta bəzən bir neçə ay.

Uçuşun orda yüksəkliyi 9 min, orta sürət isə saatda 45-90 kilometr olub.

Qeyd edək ki, Solar İmulse 2-təyyarəsinin qanatları açıq şəkildə Boeing 747 təyyarəsinin qanadlarından böyükdür.

Təyyarədəki 4 mühərrik 17 min günəş batareyasının yığdığı enerji hesabına işləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG