Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 02:05

►“Mənfəət vergisi az hesablanıb, maliyyə intizamına əməl edilməyib”

Hesablama Palatası “Azərbaycan Hava Yolları” QSC-də ( AZAL) Vergilər Nazirliyi ilə birgə apardığı yoxlamanın nəticələrini açıqlayıb.

Yoxlama 2011-2013-cü illərdə AZAL-ın gəlirlərinin hesablanılması, dövlət büdcəsinə ödənilməsi və dövlət əmlakından istifadə olunması vəziyyət ilə bağlı aparılıb.

Hesabata görə, audit müəyyən edib ki, aviaşirkətlərə reaktiv yanacaq satışı zamanı vergi rejimi pozulub, dövlət büdcəsinə mənfəət vergisi az hesablanıb.

Həmçinin, bildirilir ki, rezident hüquqi şəxslərə verilən reaktiv yanacaq məhsulları üzrə dövriyyələr əlavə dəyər vergisinə cəlb edilməyib. Bir sıra alışlar zamanı öhdəliklərin yerinə yetirilmədiyi, tutulan vergilərin dövlət büdcəsinə ödənilmədiyi bəlli olub.

Hesablama Palatası vergidən yayındırılan məbləğ barədə məlumat verməyib.

Palata dövlət əmlakının saxlanması və istifadə olunmasında da ciddi pozuntular aşkarladığını açıqlayıb. Qurumun hesabatında bildirilir ki, AZAL maliyyə intizamına əməl etməyib.

“Söhbət debitor borcların yığımı, xarici ölkələrdəki nümayəndəliklərdə nağd hesablaşmaların kassa əməliyyatlarına dair müəyyən edilmiş tələblərə uyğun tam rəsmiləşdirilməsindən gedir. Bundan başqa, müəyyən edilib ki, beynəlxalq sərnişindaşımalar üzrə aviabiletin qiymətinin tərkibində tarifdən əlavə yığımların növləri müəyyənləşdirilməyib və miqdarının hesablanması əsasları rəsmiləşdirilməyib”.

Hesabatda qeyd edilir ki, yoxlama zamanı AZAL-dakı bəzi nöqsanlar aradan qaldırılıb. Həmçinin, nöqsanlara yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilib.

XS
SM
MD
LG