Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:21

Bakıda 1000 binanın sökülməsi gözlənir (Video)


Haraları sökəcəklər?- Bakının yeni baş planı hazırdır
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Haraları sökəcəklər?- Bakının yeni baş planı hazırdır

Bakıda yararsız vəziyyətə düşən 1000-ə yaxın yaşayış binası sökülməlidir.

«Report»un xəbərinə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Bakı şəhərindəki rayonların icra hakimiyyəti rəhbərləri ilə keçirilən görüşdə söyləyib.

«Bu, 30 mindən artıq sakinin köçürülməsi, 1 mln. kv.metrə yaxın yaşayış sahəsinin tikilməsi deməkdir»,-deyə komitə sədri bildirib.

Komitə əməkdaşlarının müəyyən olunmuş ərazilərdə söküntü işləri ilə bağlı monitorinq apardığını deyən A.Ələsgərov prosesin ləng getməsindən narahatlığını söyləyib.

Nazirlər Kabinetinin 2016-cı il fevralın 25-də verdiyi qərarla «Pilot layihə» çərçivəsində Bakıda yararsız vəziyyətə düşən binalar sökülməli, əhali daha münasib yerlərdə inşa edilən mənzillərə köçürülməlidir.

Ancaq Azərbaycanda bəzi müstəqil iqtisadçılar son vaxtlar neftin qiymətinin düşməsi ilə bağlı dövlətin gəlirləri azaldığından, belə layihələrin gerçəkləşəcəyinə şübhə ilə yanaşırlar.

XS
SM
MD
LG