Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 23:05

B.Yildırım: "Konstitusiya düzəlişlərini müxalifət də dəstəkləyir"


Binali Yildirim və Kemal Kilicdaroglu

Binali Yildirim və Kemal Kilicdaroglu

“Siyasi partiyalar uğursuz qiyam cəhdindən sonra konstitusiyaya düzəliş edilməsinə lazımınca ümumi zəmin görürlər”.

Bunu Türkiyənin baş naziri Binali Yıldırım, iyulun 25-də hökumətin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

Nazirlər kabinetinin iclasına iprezident Racep Tayyip Erdogan rəhbərlik edib.

Binali Yıldırım hökumət, müxalidət partiyaları, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin bir araya gəldiklərini deyir.

O qeyd edib ki, hazırda silahlı qüvvələrin komandanlığında olan polis (Jandarm) və sahil mühavizə qüvvələri, indən belə mülki daxili işlər nazirliyinə tabe olacaqlar.

Qeyd edək ki, iyulun 15-də edilən hərbi çeviriliş cəhdi zamanı 240-dan çox adam ölüb, 2 minə yaxın adamsa xəsarət alıb.

Hazırda ölkədə 3 aylıq fövqəladə vəziyyət rejimidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG