Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 04:13

ABŞ-la Ukrayna hərbi təlimlərin aktiv mərhələsinə başlayıblar


Foto arxiv

Foto arxiv

ABŞ-la Ukrayna Odessa və Nikolayevsk vilayətləridə Si-Briz-2016 (Sea Breeza) hərbi-təlim məşqlərinin aktiv mərhələsinə başlayıblar.

Təlim məşqlərində Rumınya, Türkiyə, Bolqarıstan və İspaniya hərbçiləri də iştirak edirlər.

Proqrama desant əleyhinə müdafiənin təmin edilməsi üçün artileriya məşqləri, mühəndis-istehkamçı qüvvələrin iştirakıyla dənizdə maneələrin aradan qaldırılması, dəniz piyadalarının havadan müdafiəsi və şərti düşmənə aid sialtı qayığın axtarışı daxildir.

Məqsəd təhlükəli regionlarda sülhü qorumaqdır.

Əməliyyatlara çoxmillətli qərargah komandanlıq edir.

ABŞ və Ukrayna hərbçiləri təlimin açılışında bəyan ediblər ki, bu NATO və tərəfdaş ölkələrin hərbçiləri arasında qarşılıqlı anlaşmanı gücləndirəcək.

ABŞ tərəfdən təlimlərdə 400 hərbçi, 1 raket və 1 desant gəmisi iştirak edir.

İllik Si Briz təlimləri 1997-ci ildən keçirilir.

Bu dəfə təlimlər iyulun 30-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG