Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:32

Avropa Birliyi ilə ticarətdə azalma


Azərbaycan/AB
Azərbaycan/AB

Azərbaycanla Avropa Birliyi (AB) ölkələri arasında bu ilin birinci yarısında 3 milyard 146 milyon 678.47 min dollarlıq ticarət əməliyyatlarının həyata keçirildiyi bildirilir.

«Report» Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu, ticarət dövriyyəsində illik 38.7 faiz azalma deməkdir.

Azərbaycandan AB ölkələrinə ixracın ötən ilin eyni dövrü ilə müqayisədə 46.23 faiz azaldığı bildirilir. Xəbərə görə, bu, cari ilin birinci yarısında 2 milyard 45 milyon 957.8 min dollar təşkil edib. İdxalın isə 17.21 faiz azalaraq 1 milyard 100 milyon 720.67 min dollara düşdüyü qeyd edilir.

Hesabat dövründə Azərbaycanın ixracının 53.54 faizinin, idxalın isə 27.2 faizinin Avropa ölkələrinin payına düşdüyü bildirilir.

Bu ilin 6 ayında ötən ilin analoji dövrü ilə müqayisədə bütünlükdə ölkədə həm ixracın, həm də idxalın azaldığı deyilir.

Müstəqil təhlilçilər bunu Azərbaycanda ciddi iqtisadi geriləmə kimi dəyərləndirirlər.

XS
SM
MD
LG