Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:27

Erdogan-la Putin avqustun 9-da görüşəcək


Recep Tayyip Erdogan (solda) və Vladimir Putin

Recep Tayyip Erdogan (solda) və Vladimir Putin

-

Türkiyə Prezidenti Recep Tayyib Erdogan gələn ay rusiyalı həmkarı Vladimir Putin-lə görüşəcək. Məlumatı Türkiyə baş nazirinin müavini Mehmet Simsek açıqlayıb.

Anadolu agentliyi Simsek-ə istinadla yazır ki, prezidentlər avqustun 9-da Sankt-Peterburqda baş tutacaq.

Ötən noyabrda Türkiyə sərhədində Rusiya təyyarəsini vurandan sonra münasibətlər pisləşmişdi. Rusiya Türkiyəyə sanksiyalar qoymuşdu.

Türkiyənin üzrxahlığından sonra liderlər ilk dəfədir görüşür.

Putin ayın əvvəlində Etdogan-a zəng edərək uğursuz çevriliş cəhdindən sonra Türkiyəyə dəstəyini bildirib. Kreml də onda bildirmişdi ki, prezidentlər yaxın gələcəkdə görüşəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG