Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 14:15

Morgan Stanley: gələn il neft bahalaşacaq


Morgan Stanley bankının qərargahı

Morgan Stanley bankının qərargahı

Neftin qiyməti 2017-ci ilin ortalarına qədər məhdud olaraq qalacaq, sonra isə qalxmağa başlayacaq.

Bunu Morgan Stanley investisiya bankının ekspertləri öz hesabatlarında yazır.

Onların fikrincə, neftin qiyməti bir barrelə 70-80 dollara kimi qalxa bilər.

Hesabata görə, 2016-cı ildə neft bazarında neft tələbdən artıq olacaq, ancaq 2017-ci ildən bazarda gündə 0,1 milyon barrel neft çatmaycaq.

2018-ci ildə bu çatışmazlıq gündə 0,3 bilyon barrel olacaq. Ancaq 2019-2020-ci illərdə defisit 0,1 və 0,2 milyon barrelə düşəcək.

Hazırda Brent markalı neftin qiyməti 45 dollardır.

İyulun ortalarında OPEC 2008-ci ildən bəri gündəlik istehsalı maksimuma çatdırıb: 32,7 milyon barrel.

XS
SM
MD
LG