Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:05

-

ABŞ Dövlət katibi John Kerry deyir ki, avqustun əvvəlində ABŞ-ın Rusiyayla Suriyaya dair planının detallarını açıqlayacağına ümid edir. Həmin plan daha sıx hərbi əməkdaşlığı və kəşfiyyat məlumatlarının paylaşılmasını nəzərdə tutur.

Kerry rusiyalı həmkarı Sergey Lavrovla iyulun 26-da Laosda Cənub-şərqi Asiya ölkələrinin toplantısı çərçivəsində görüşüb. Açıqlamanı da həmin görüşdən sonra verib.

Təklifdə Vaşinqtonla Moskvanın Al-Qaeda-ya bağlı Nusra Cəbhəsinə qarşı hava zərbələrinin koordinasiyasından, eləcə də Suriya hava qüvvələrinin mötədil üsyançı qrupları vurmasını əngəlləməkdən ötrü kəşfiyyat məlumatının paylaşılması nəzərdə tutulur.

Kerry jurnalistlərə deyib ki, son günlər bu plan üzrə irəliləyiş var.

Sergei Lavrov isə daha öncə söyləyib ki, Kerry ilə Suriyada terrorçularla müxalifəti ayırmağı hədəfləyən addımları müzakirə ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG