Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 05:36

-

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Demokratlar Partiyasından elektron yazışmaların sızdırılması arxasında Rusiyanın durmasına dair deyilənləri təkzib edib. Həmin iddiayla Demokratlardan prezidentliyə namizəd olacaq Hillary Clinton çıxış edib.

Lavrov iyulun 26-da Laosda Asiya xarici işlər nazirlərinin görüşü çərçivəsində ABŞ Dövlət katibi John Kerry ilə görüşür. Ondan soruşublar ki, rusiyalı hakerlər həmin yazışmaların sızdırılması arxasında dururmu. Yazışmalar üzə çıxarıb ki, partiya liderləri Clinton-a rəqibi Bernie Sanders-dən daha artıq üstünlük verirlər, baxmayaraq ki, yarışmada neytral olduqlarını göstərirlər.

Bu yazışmalar Sanders tərəfdarlarını qəzəbləndirib.

Clinton məsələdə Rusiyanı ittiham edib. Çünki Kreml respublikaçıların namizədi Donald Trump-ı dəstəkləyir.

Lavrov isə deyib ki, həmin iddiaya vulqar dildə cavab vermək gərəkir. O, ingiliscə cavab verib: “Dörd hərfli sözü işlətmək istəmirəm”.

XS
SM
MD
LG