Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:42

Yerevanda silahlılara dəstək yürüşü keçirilib


Yerevanda silahlılara dəstək aksiyası

Yerevanda silahlılara dəstək aksiyası

-

İyulun 25-də axşam Yerevanda minlərlə insan bir həftədən çoxdur polis məntəqəsini tutmuş silahlı qrupa dəstək yürüşü keçirib. Nümayişçilər “birliyə” səsləyib və yoldan keçənləri onlara qoşulmağa çağırıb, beləliklə də sayları böyüyüb.

Yürüşdən öncə həmin polis məntəqəsi üzərində hərbi vertolyotlar görünüb. Bu da silahlılara qarşı hərbi reyd keçiriləcəyi barədə şübhə oyadıb.

İyulun 25-də silahlılar tutduqları binanın yaxınlığında polis furqonunu yandırıb.

Bu arada ölkənin təhlükəsizlik agentlikləri silahlıları təslim olmağa, “vətəndaşların həyatını riskə atacaq addım atmamağa” çağırıb.

İyulun 17-də radikal “Təsisedici Parlament” müxalifət hərəkatına bağlı silahlılar Erebuni polis məntəqəsini tutub, bir polis əməkdaşı öldürülüb. Onlar bir neçə girov götürsələr də, danışıqlar nəticəsində hamını buraxıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG