Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:34

Bavariyadakı hücumu “İD” qrupu ilə əlbir olan suriyalı törədib


 Foto arxiv

Foto arxiv

“Bavariyanın Ansbax şəhərindəki partlayışı “İslam Dövləti” qrupu ilə əlbir olan suriyalı intiharçı törədib”

Bunu iyulun 26-da Bavariyanın daxili işlər naziri Joaxim Herman (Joachim Hermann) deyib.

Nazirin sözlərinə görə, intiharçının mobil telefonunda aşkar edilən vidoyazıda, onun “İslam Dövləti” qrupuna sadiq olduğunu and içdiyi görünür və planlaşdırdığı hücumun, islama mane olduqlarına görə qisas olduğunu bildirir.

Qeyd edək ki, həmin partlayışda intiharçının özü ölüb, 15 nəfərsə xəsarət alıb.

Hücuma görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.

27 yaşlı suriyalının artıq bunadək polislə problemləri olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG