Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:05

YAP referendum hazırlıqlarına başladı


soldan sağa: Mübariz Qurbanlı, Əli Əhmədov və Siyavuş Novruzov

soldan sağa: Mübariz Qurbanlı, Əli Əhmədov və Siyavuş Novruzov

►Hakim Yeni Azərbaycan Partiyası ( YAP) referendum hazırlıqlarına start verib.

YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin iyunun 25-də keçirilən ümumrespublika müşavirəsində əsas müzakirə mövzusu bu referendum olub.

Müşavirə haqda xəbəri partiyanın saytı yayıb.

Maraqlıdır ki, ümumrespublika müşavirəsi Konstitusiya Məhkəməsinin Konstitusiyaya dəyişiklik təkliflərini bəyənməsindən dərhal sonra baş tutub. Müşavirəyə hakim partiyanın bütün rayon təşkilatları rəhbərləri qatılıblar.

Müşavirə partiyanın icra katibi, baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə baş tutub. Öncə partiyanın yarım illik fəaliyyətinin nəticələrini müzakirə edən iştirakçılar, referendum aktı ilə əlaqədar partiyanın qarşısında duran vəzifələri nəzərdən keçiriblər.

KONSTİTUSİYADA NƏLƏR NECƏ DƏYİŞİR? -

Partiya saytı xəbər verir ki, Konstitusiyaya təklif edilən dəyişikliklərin ölkədə insan hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsinə yönəldiyi vurğulanıb.

Buna da bax: Bizim vaxtımızda referendum

Toplantıda referendumun keçirilməsi ilə əlaqədar YAP-ın qarşısında duran təşkilati və təbliğat xarakterli vəzifələr müəyyən edilib. Partiyanın rayon və şəhər təşkilatlarına bununla bağlı tapşırıqlar verilib.

İyulun 18-də prezident İ.Əliyev rəy alınmasından ötrü Konstitusiya Məhkəməsinə «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Referendum Aktı layihəsini göndərib. Konstitusiya Məhkəməsi iyulun 25-də bu layihəni bəyənib.

Layihənin nə zaman referenduma çıxarılacağı, hələ, bəlli deyil.

Layihədə Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır.

Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Milli Şura, REAL Hərəkatı və Müsavat Partiyası kimi müxalif qüvvələr layihənin əleyhinə olduqlarını açıqlayıblar. Onlar bunu Respublikadan Monarxiyaya tam keçid kimi dəyərləndiriblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG