Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:25

-

Dövlət Neft Fondu indiyədək STAR Neft EmalI Zavodunun (NEZ) tikinti layihəsində Azərbaycanın payının maliyyələşdirilməsinə 844 milyon dollar ayırıb.

Turan İnformasiya Agentliyi Fonda istinadən xəbər verir ki, layihənin ümumi qiyməti 5,6 milyard dollardır.

Layihədə Azərbaycanın payının maliyyələşdirilməsinə 844 , o cümlədən bu ilin birinci rübündə 84 milyon dollar ayrılıb.

2016-cı ildə Fonddan bu məqsədlə ümumilikdə 204,8 milyon ayrılmalıdır.

2013-2014-cü illərdə STAR NEZ tikintisi layihəsində Azərbaycanın payının maliyyələşdirilməsinə 760 milyon ayrılıb. 2015-ci ilin əvvəlində Fond layihənin maliyyələşdirilməsinin başa çatdığını elan edib. Amma bu il 2016-cı ilin büdcəsinə düzəlişdən sonra yenidən. STAR NEZ tikintisi layihəsinin maliyyələşdirilməsi təkrar gündəliyə gəlib.

STAR NEZ-in təməli 2011-ci ildə qoyulub. Zavod 2018-ci ildə istismara verilməlidir.

2014-cü ilin iyununda SOCAR Turkiye Enerji 23 bankla layihənin maliyyələşməsi barədə saziş imzalayıb. Cəlb ediləcək vəsaitin həcmi 3,29 milyard dollardır.

2003-cü ildə prezidentin sərəncamı ilə SOCARTurkeyYatirim ASC yaradılıb.ASC-nin nizamnamə kapitalı 1,9 milyard dollar, dövlətin payı 40 faizdir. Dövlətin payı Neft Fondunun vəsaitləri ilə maliyyələşdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG