Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:52

Almaniya hakimiyyəti 60 qaçqının fəaliyyətini araşdırır


Thomas de Maiziere

Thomas de Maiziere

Almaniya hakimiyyəti ölkədən sığınacaq istəyən 60 qaçqının terrorçu təşkilatlarla bağlı olub-olmamalarını araşdırır.

Bu barədə iyulun 25-də ölkənin hüquq-mühavizə orqanları məlumat yayıb.

Bəyanatda deyilir ki, hazırda polisdə qaçqınların terror hücumlarına hazırlaşması barədə konkret dəlil yoxdur.

Amma yerli hakimiyyət orqanlarından polisə qaçqınlar tərəfindən mümkün terror hücumları barədə 400-dən çox məlumat daxil olub.

Almaniyanın daxili işlər naziri Thomas de Maiziere bildirib ki, hətta ayrı-ayrı bu cür hallar bərədə əldə dəlillər olsa da bütün qaçqınlardan şübhələnmək düzgün olmazdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG