Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:19

Türkiyə hakimiyyəti Gülenə yaxın səfirləri də işdən çıxarır


Mevlut Cavusoglu

Mevlut Cavusoglu

“Türkiyə 15 iyul qiyamı ilə bağlı bir sıra səfirlərini geri çağıracaq”.

Bunu iyulun 25-də “Habertürk” televiziyasına müsahibəsində xarici işlər naziri Mevlud Cavusoglu deyib.

O, qiyamçılarla bağlığığı olan bir sıra səfirlərin işdən kənarlaşdırılacağını deyib.

Nazir həmçinin qeyd edib ki, əgər Birləşmiş Ştatlar bu qiyamın təşkilində ittiham olunan Fətullah Güleni verməsə, bu ikitərəfli münasibətlərə xələl gətirəcək.

Qeyd edək ki, Türkiyə hakimiyyəti dəfələrlə bəyan edib ki, bu qiyamın arxasında Fətullah Gülen durur.

O, ittihamı rədd edir.

Ümumilikjdə bu günlərdə edilən uğursuz qiyam cəhdindən sonra ölkədə 60 mindən çox hərbçi, hakim, müəllim və dövlət qulluqçusu işdən kənarlaşdırılıb və ya məsuliyyətə cəlb olunub.

Qiyamdan sonra ölkədə 3 aylıq fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG