Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 19:36

Türkiyə prezidenti Racep Tayyip Erdogan iyulun 25-də Ankarada baş nazir Binali Yıldırıb, “Milli Hərəkat Partiyası” nın lideri Dövlət Baxçeli və “Respublika Xalq partiyası”nın lideri Kamal Kılıçdaroğlu ilə görüşüb.

Hələlik danışıqların məğzi barədə məlumat verilmir.

Qeyd edək ki, bundan əvvəl ölkədə daha 42 jurnalist və “Türk Hava Yolları” şirkətinin 100-dən çox əməkdaşı işdən azad edilib.

Bu barədə yerli KİV-lər məlumat yayıb.

Ümumilikjdə isə bu günlərdə edilən uğursuz qiyam cəhdindən sonra ölkədə 60 mindən çox hərbçi, hakim, müəllim və dövlət qulluqçusu işdən kənarlaşdırılıb və ya məsuliyyətə cəlb olunub.

Qiyamdan sonra ölkədə 3 aylıq fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Hakimiyyət qiyama görə hazırda ABŞ-da yaşayan Fətullah Güleni ittiham edir.

O, ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG