Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 12:20

“Konstitusiyada ölkənin monarxiya üsul-idarəsi ilə idarə olunduğunu yaza bilməzlər”


-

Hüquqşünas Ataxan Əbilov deyir ki, Azərbaycan heç vaxt Konstitusiyasında ölkənin monarxiya üsul-idarəsi ilə idarə olunmasını ifadə etməz, çünki beynəlxalq ictimaiyyət bunu düzgün qarşılamaz. Ancaq o əlavə edir ki, ölkə idarəçiliyində monarxiya əlamətləri görünür:

“Seçkilər formal keçirilir, hakimiyyət varislik yolu ilə ötürülüb, prezidentin seçilməsi müddəti artıq götürülüb, xalqın öz iradəsini ifadə etmək imkanı yoxdur, hakimiyyət bir ailənin əlindədir”.

Konstitusiya Məhkəməsi referendumu mümkün sayıb.

“Məqsəd icraedici hakimiyyəti gücləndirməkdir”

Ataxan Əbilov deyir ki, Konstitusiyada ölkənin monarxiya üsul-idarəsi ilə həbs olunmasını yaza bilməsələr də, bunun yolu tapılıb:

“Konstitusiyaya təklif olunan dəyişikliklər icraedici hakimiyyətin möhkəmlənməsinə xidmət edir. Təbii ki, bunu hansısa formada pərdələməkdən ötrü başqa müddəalar da əlavə olunub. Tutaq ki, insan haqlarından danışılan 24-cü maddədə dekorativliyi bir az da artırıblar. Əsas hədəf icraedici hakimiyyətdir. Prezidentə daha çox səlahiyyət verir, onun imkanlarını genişləndirir”.

Azərbaycanda yaradılması nəzərdə tutulan vitse-prezident postuna münasibətdə hüquqşünas bildirir ki, baş naziri Milli Məclis təsdiqləməli idi, ancaq vitse-prezident postuna namizədliyi verilən şəxsin hakimiyyətin başqa qolu tərəfindən təsdiqlənməsinə ehtiyac görülmür: “Üstəlik də, o, hakimiyyət iyerarxiyasında baş nazirdən əvvəl gəlir”, deyə Ataxan Əbilov qeyd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG