Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 16:16

Ermənistanın təhlükəsizlik xidməti silahlıları təslim olmağa çağırıb


Foto arxiv

Foto arxiv

Ermənistan Millit Təhlükəsizlik Nazirliyi Yerevanda polis idarəsini zəbt edən silahlı qrupu təslim olmağa çağırıb.

Müraciətdə bildirilir ki, qrup iyulun 17-də binanı zəbt etdikdən sonra artıq bir neçə cinayət törədib və buna görə onları 15 illik həbs cəzası gözləyir, amma onların könüllü təslim olaraq vəziyyəti yaxşılaşdırmaq imkanı var.

Məlumatda bildirilir ki, ölkə qanunvericiliyinə görə əsaslar və şəraitə əsasən tələbindən əl çəkən, könüllü girovları azad edən və silahı yerə qoyaraq təslim olan şəxs, hərəkətlərində başqa cinayət tərkibi yoxdursa azad oluna bilər.

Nazirlik bir daha silahlı qrupun bütün üzvlərini ayıq başla silahı yerə qoyaraq təslim olmağa çağırıb.

“Təsis parlamenti” adlı hərəkatın tərəfdarları binanı zəbt edərkən 1 polis əməkdaşı ölüb, 3-ü isə yaralanıb.

Sonradan onlar bütün girovları azad ediblər.

Onlar prezident Serzh Sarkisianın istefası və həbsdə olan liderləri Jirayr Sefilyanın azad olunmasını tələb edirlər.

Sefilyan qanunsuz silah saxlama ittihamı ilə iyunda həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG