Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:09

Türkiyədə iqtidar və müxalifət tərəfdarları bir araya gəldi


İstanbulda nümayiş

İstanbulda nümayiş

İstanbulda 10 minlərlə adam demokratiyaya dəstək nümayişinə çıxıb.

“Respublika və demokratiya” devizi altında keçirilən nümayişdə hakim və müxalifət partiyalarının tərəfdarları ştirak ediblər.

Müxalifətdə olan “Respublika Xalq Partiyası” nın lideri Kemal Kılıçdaroğlunun çıxışının dövlət televiziyası ilə canlı yayımlanması Türkiyə üçün nadir haldır.

O, çıxışında hakimiyyəti kütləvi represiyalardan çəkinməyə çağırıb və bildirib ki, qiyamın təşkilatçıları qanun çərçivəsində mühakimə olunmalıdırlar.

Hazırda Türkiyədə fövqəladə vəziyyət rejimidir ki, bu prezident Racep Tayyip Erdoganın parlamentin təsdiqi olmadan qanunlar qəbul etməsinə imkan verir.

Çoxları ehtiyat edir ki, Erdogan bundan narazılara qarşı istifadə edə bilər.

Uğursuz qiyam cəhdindən sonra ölkədə 60 mindən çox adam saxlanıb, işdən azad edilib və ya məsuliyyətə cəlb olunub.

Onların çoxu hərbçi, hakim, müəllim və digər dövlət qulluqçularıdır.

Erdogan bu qiyama görə hazırda ABŞ-da yaşayan Fətullah Güleni ittiham edir.

Hakimiyyət onunla bağlı olan minlərlə özəl məktəb və xeyriyyə təşkilatını bağlayıb.

Gülen ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG