Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:20

ABŞ-ın Florida ştatındakı gecə barlarından birində baş verən atışmada azı 2 nəfər ölüb, azı 14 nəfərsə yaralanıb.

Atışma iyulun 25-də Fort-Mayers şəhərindəki Blü klubunun qarşısında baş verib. Naməlum adamlarbarın qarşısındakı maşın parkında atəş açmağa başlayıblar. Həmin vaxt barda yeniyetmələrin tədbiri keçirilmiş.

Məlumatlara görə hücum edənlər 2-3 nəfər olub. Onlar 30-dək atəş açıblar.

Yerli mətbuatın yazdığına görə, 1 şübhəli həbs edilib. Digərlərininsə axtarışı gedir.

Hücumun motivi hələ ki, bəlli deyil.

İnsident 1 ay əvvəl Orlandodakı gecə klublarından birində 49 nəfərin ölümü ilə nəticələnən atəşmadan 1 ay sonraya təsadüf edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG