Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:46

-

İyulun 25-də İraqın Diyala vilayətində təhlükəsizlik məntəqəsi yaxınlığında partlayıcılar yüklənmiş maşın partladılıb, azı 11 nəfər həlak olub.

Hücumda azı 30 nəfər də yaralanıb. Hadisə Bağdadın şimal-şərqindəki Xales şəhərinin girişində törədilib.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb. Amma son vaxtlar İraqda əksər intiharçı hücumlarına görə məsuliyyəti İslam Dövləti (İŞİD) götürür.

Bir gün öncə Bağdaddakı hücumda azı 15 nəfər həlak olub.

Son dövrlər İŞİD İraqda tutduğu ərazilərini itirməkdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG