Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:19

“Əfqanıstanda rekord sayda dinc sakin ölür”


Kabil hücumlarında ölənlərə qəbir qazılır

Kabil hücumlarında ölənlərə qəbir qazılır

-

BMT-nin Kabildəki missiyası bildirir ki, bu ilin birinci yarısında Əfqanıstanda münaqişədə rekord sayda dinc sakin həlak olub. Münaqişə nəticəsində ölən uşaqların da sayı çoxdur.

“Yanvar-iyun aylarında BMT 1601 dinc sakinin ölümünü, 3565 nəfərin yaralanmasını qeydə alıb”, UNAMA iyulun 25-də açıqladığı hesabatda bildirir.

Hesabata görə, bu say ötən ilin uyğun dövrüylə müqayisədə 4 faiz çoxdur.

Ölənlərin üçdə biri uşaqlardır 388 uşaq ölüb, 1121 nəfər yaralanıb. Bu, 2015-ci ilin birinci dövründəkindən 18 faiz çoxdur.

İki gün öncə Kabildə dinc nümayiş zamanı törədilən intiharçı hücumunda azı 80 nəfər həlak olub, 230 nəfər yaralanıb. Hücuma görə İslam Dövləti (İŞİD) qruplaşması məsuliyyəti üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG