Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:02

İranlı amerikalının saxlanması təsdiqləndi


İranda saxlanmış amerikalı hərbçilər, arxiv fotosu

İranda saxlanmış amerikalı hərbçilər, arxiv fotosu

-

İran bu ölkədə yaşayan ailəsinə baş çəkməyə gəlmiş iranlı amerikalının saxlanmasını təsdiqləyib.

İranın yarırəsmi ISNA agentliyi iyulun 24-də yazıb ki, həmin şəxs Gorgan şəhərində saxlanıb. Amma saxlanma səbəbləri açıqlanmır.

Ədliyyə rəsmisi Gholam Hossein Mohseni Ejehi həmin şəxsin dindirilməkdən ötrü Tehrana aparıldığını qeyd edib.

Bir neçə gün öncə ABŞ Dövlət Departamenti Robin Shahini adlı İran əsilli amerikalının İranda saxlanması barədə məlumatları araşdırdığını bildirirdi. Kaliforniyada yaşayan Shahini-nin dostları bildirir ki, o, Gorganda anasına baş çəkərkən saxlanıb.

Shahini San Dieqo Universitetinin tələbəsi olub, Daxili Təhlükəsizlik Departamentinə bir proqrama qəbul olunub. Amma gələn ay başlanacaq proqram üçün hələlik qeydiyyatdan keçməyib. O, İrandan 1998-ci ildə çıxıb, 16 il San Dieqoda yaşayıb.

Ailə üzvləri “Associated Press” agentliyinə deyiblər ki, onun saxlanmasına internetdə İranda insan haqlarıyla bağlı yazdığı şərhlərinin səbəb ola bildiyini ehtimal edirlər.

Yanvarda Tehran “Washington Post” qəzetinin müxbiri Jason Rezaian və daha üç İran kökənli amerikalını məhbus mübadiləsi çərçivəsində azad edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG