Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:35

-

Beynəlxalq Olimpiya Komitəsi (BOK) iyulun 24-də bildirib ki, rusiyalı atletləri 2016-cı il Olimpiya Oyunlarından kənarlaşdırmır. Amma onların iştirakıyla bağlı qərarı ayrı-ayrı federasiyalara buraxır.

Rusiya idmançılarının beynəlxalq yarışlarda dövlətin nəzarəti altında dopinq qəbul etməsiylə bağlı məlumatlar yayılandan sonra atletlərin Rio de Janeyro olimpiadasından uzaqlaşdırılması məsələsi gündəmə gəldi. Amma BOK bildirir ki, idman federasiyaları “hər bir atletin antidopinq tarixçəsini fərdi qaydada təhlil etməli, yalnız etibarlı beynəlxalq testləri nəzərə almalıdır”.

“Biz kollektiv məsuliyyəti və hər bir insanın və atletin individual ədalət hüququnu balanslaşdırmalı olduq”, BOK Prezidenti Thomas Bach deyib.

Rio yarışlarına qatılmaq istəyən rusiyalı atletlər heç vaxt dopinq qəbul etmədikləri barədə uyğun beynəlxalq federasiyalarını “tam təmin edəcək dəlillər” təqdim etməlidirlər, bunu BOK bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG