Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:13

Şəkinin dağlıq ərazisinə fasiləsiz yağan güclü leysan yağışı nəticəsində Kiş çayına yenidən sel gəlib.

«Report»un xəbərinə görə, bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə deyib.

O, qeyd edib ki, iyulun 2-də baş vermiş təbii fəlakət nəticəsində çayın üzərindəki körpü dağılmışdı. İndi də sel dağılmış körpünün yanında suötürücü dəmir-beton və metal borularla salınan müvəqqəti alternativ yolu dağıdıb.

Ə.Əhmədzadənin deməsinə görə, Şimal-Qərb bölgəsinin dağ çaylarında sululuq yenidən artıb və bundan ötrü qabaqlayıcı tədbirlər görülür. O qeyd edib ki, Kiş çayına salınan möhkəm və dayanıqlı bəndlərin olması nəticəsində Şəki şəhərinə heç bir ziyan dəyməyib.

«Azəravtoyol» ASC-nin mətbuat katibi Anar Nəcəfli isə deyib ki, Kiş çayı üzərində daha dayanıqlı dəmir konstruksiyalı körpünün tikintisinə başlanılıb. O, yaxın günlərdə Kiş çayı üzərində yeni üç aşırımlı körpünün tikintisinə də başlanacağını söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG