Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 09:18

-

Almaniyanın Ansbax şəhərində açıq havada keçirilən musiqi festivalında partlayış törədən şəxs həlak olub. Bu barədə polis iyulun 25-də məlumat yayıb.

Bavariyanın daxili işlər naziri Joachim Hermann deyib ki, şübhəli 27 yaşlı suriyalı qaçqındır, o, iki il öncə Almaniyaya gəlib və bir il qabaq ona sığınacaq verilməsindən imtina olunub.

Hermann deyib ki, həmin şəxs musiqi festivalına buraxılmayandan sonra özünü partladıb. Nazirin sözlərinə görə, həmin şəxsin digərlərini öldürmək, yaxud intihar törətmək istədiyi bəlli deyil. Belə ki, şübhəli daha öncə iki dəfə intihara cəhd edib.

Rəsmilər partlayışda azı 12 nəfərin yaralandığını bildirir, üçünün durumu ağırdır. Festivaldan 2 min nəfər çıxarılıb, ərazi mühasirəyə alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG