Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:41

PPX-nı zəbt edənlər silahı yerə qoymayıb


Yerevanda PPX-nı zəbt edən silahlılardan biri, 23 iyul, 2016
Yerevanda PPX-nı zəbt edən silahlılardan biri, 23 iyul, 2016

«Bütün girovların buraxılmasına baxmayaraq, silahı yerə qoymayacağıq».

Bunu Ermənistanda «Təsisedici Parlament»in mətbuat katibi, iyulun 17-də Yerevanda post-patrul xidmətinin binasını zəbt etmiş silahlı qruplaşmanın üzvlərindən biri olan Varujan Avetisyan deyib.

Buna da bax: Yerevanda bütün girovlar buraxılıb

Onun sözlərinə görə, tələbləri dəyişməz qalır. Onlar Ermənistan prezidentinin istefasını, «Təsisedici Parlament»in lideri Jirayr Sefilyanın və digər siyasi məhbusların, eyni zamanda son toqquşmalar zamanı həbs edilmiş şəxslərin azadlığa buraxılmasını tələb edirlər.

Avetisyanın jurnalistlərlə görüşü hakimiyyətlə əldə edilmiş razılığa əsasən zəbt edilmiş binada fəaliyyət göstərən media məntəqəsində baş tutub.

Buna da bax:

Ötən həftənin mühüm hadisələri [VİDEO]
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

XS
SM
MD
LG