Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:50

Bağdadda polis məntəqəsində partlayış olub


Bağdad, intiharçı hücumdan sonra
Bağdad, intiharçı hücumdan sonra

İyulun 24-də İraqın paytaxtı Bağdadda partlayış olub. Partlayış şiələrin yaşadığı Kadhimiyah rayonunun girişində baş verib. Partlayışı intiharçı törədib.

İlkin rəsmi məlumata görə, azı 6 nəfər həlak olub. 20-dən çox yaralı var. Ölənlərdən 3-nün polis olduğu bildirilir.

Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma üstünə götürməyib.

İyulun 3-də törədilmiş və 290-dan artıq insanın həlak olduğu terror aktına görə məsuliyyəti “İslam Dövləti” qruplaşması (İŞİD) üstünə götürmüşdü.

XS
SM
MD
LG