Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:26

Erdoğan Türkiyənin 2023-cü il hədəflərindən danışdı


Erdoğan cümə namazından sonra çıxış edərkən. Ankara, 22 iyul, 2016
Erdoğan cümə namazından sonra çıxış edərkən. Ankara, 22 iyul, 2016

«Millətimizin fərqli mərkəzlərdən gələn xəyanətlər qarşısındakı qərarlılığı ölkəmizin demokratiya, müstəqillik və inkişaf yolunda irəliləyişinin ən yaxşı sübutudur».

Bunu Türkiyə prezidenti Recep Tayyip Erdoğan bildirib.

Buna da bax: Türkiyədə çevriliş cəhdi: Hər şey necə başladı?

Erdoğan deyib ki, çevrilişə cəhd qarşısında milli birlik göstərən Türkiyə qarşıdakı illərdə daha çox uğur qazanacaq: «Heç bir qüvvə Avropanın ən böyük 6-cı, dünyanın ən böyük 17-ci iqtisadiyyatı halına gələn Türkiyə Respublikasına 2023-cü il hədəflərini həyata keçirməyə mane ola bilməyəcək».

Buna da bax: Türkiyədə çevriliş niyə alınmadı: 5 səbəb

İyulun 15-də Türkiyədə bir qrup yüksək rütbəli hərbçi dövlət çevrilişinə cəhd edib. Çevrilişin qarşısı alınarkən 300-dən artıq adam həlak olub, 1000-dən çox adam yaralanıb. Həlak olanların 200-dən çoxu mülki şəxslər, qalanları polislər və hərbçilər olub.

Buna da bax: Türk yazıçısı: Türkiyədə iki şər qüvvə toqquşub

Çevrilişə cəhddən sonra kütləvi həbslər və işdən çıxarmalar başlayıb.

Türkiyə hakimiyyəti çevrilişi Fetullah Gülenə bağlı fətullahçı qruplaşmanın (FETÖ) törətdiyini bildirir, Amerikadan onu Türkiyəyə verməsini tələb edir.

ABŞ bildirib ki, Türkiyə çevrilişə cəhdin Gülenin törətməsini sübut edən dəlillər təqdim etməlidir.

Buna da bax: Türkiyədə çevriliş cəhdi Əliyev klanını qorxudub?

XS
SM
MD
LG