Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:13

‘Türkiyədə qeyri-sabit vəziyyət davam etməməlidir’


Viktor Orban
Viktor Orban

«Türkiyədə qeyri-sabit vəziyyət Avropaya on milyonlarla miqrantın axın etməsinə gətirib çıxara bilər».

Bunu Macarıstan prezidenti Victor Orban deyib.

Prezident macar televiziyasına müsahibəsində deyib ki, Macarıstanın mənafeyi baxımından Türkiyədə sabitliyin olmasını arzulayır: «Avropa artıq dünyada liderliyini itirir. Bu, xüsusi ilə İngiltərənin Avropa Birliyindən ayrılması qərarından sonra oldu. Avropa Birliyi özünü aldatmaqdan əl çəkməlidir».

Buna da bax: Türkiyədə çevriliş niyə alınmadı: 5 səbəb

Victor Orban onu da deyib ki, əgər ABŞ-da Donald Trump prezident seçilərsə, Avropa Birliyi üçün daha yaxşı olacaq.

Macarıstan keçən il miqrant axınına görə sərhədlərinə divar çəkib, Xorvatiya və Serbiya sərhədlərini bağlayıb.

Buna da bax: Türk yazıçısı: Türkiyədə iki şər qüvvə toqquşub

Orban 2010-cu ildə yenidən hakimiyyətə gəlib. O tez-tez Avropa Birliyi və ABŞ-ı bütün səlahiyyətləri əlinə almaqda və mediaya təzyiq göstərməkdə ittiham edir.

XS
SM
MD
LG