Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:03

Atəşkəslə bağlı 24 iyul açıqlaması


Dağlıq Qarabağ ərazisində erməni topçuları

Dağlıq Qarabağ ərazisində erməni topçuları

Müdafiə nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və qumbaraatanlardan istifadə etməklə sutka ərzində atəşkəsi 14 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonundan Azərbaycan ordusunun Qazax rayonunun Qızılhacılı kəndindəki mövqeləri atəşə tutulub.

Bundan başqa, Berd rayonundan da Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Muncuqlu kəndindəki mövqelərinin vurulduğu açıqlanıb.

Habelə, Krasnoselsk rayonundan da Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərinin hədəf seçildiyi bildirilir.

Nazirliyin bildirməsinə görə, Ağdam, Tərtər, Füzuli və Cəbrayıl rayonları istiqamətlərindən də Azərbaycanın mövqeləri atəşə tutulub.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.

Buna da bax: Son deyil, ardı mütləq gələcək

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG