Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:01

Trump seçiləcəyi təqdirdə nə edəcəyindən danışdı


Trump çıxış edərkən
Trump çıxış edərkən

Donald Trump Respubikaçılar partiyasından namizədlik estafetini alarkən daxili problemlərlə yanaşı xarici siyasətindən də bəhs edən nitq söyləyib.

Onun iyulun 21-də Ohio ştatının Cleveland şəhərində Respublikaçılar Partiyasının qurultayında çıxışından xarici siyasətə yönəlik bəzi məqamları diqqətinizə yetiririk.

Amerikanizmə hə, qlobalizmə yox

«Bu gecə mən Amerika ilə bağlı planlarımı sizinlə paylaşacam. Bizim planlarımızla rəqiblərimizinki arasındakı əsas fərqləndirici məqam odur ki, bizim planlarımız Amerikanı birinci edəcək. Amerikanizm, qloballıq yox, bizim şüarımız budur».

Buna da bax: Parlament partiyaları Konstitusiya düzəlişlərinə 'hə' deyir

«İslam Dövləti» qrupu

«2009-cu ildə, Hillary-dən qabaq (keçmiş ABŞ dövlət katibi Hillary Clinton nəzərdə tutulur, prezident seçkilərində Trump-ın əsas rəqibi olacağı güman edilir – red.) xəritədə İŞİD (özünü «İslam Dövləti» adlandıran yaraqlılardan ibarət qrup – red.) yox idi. Liviyada stabillik idi. Misir sülh içində idi. İraqda zorakılıq məhdudlaşdırılmışdı. Sanksiyalardan İranın nəfəsi kəsilirdi. Suriyada vəziyyət bir qədər nəzarət altında idi».

Buna da bax: Sələfilər kimdir və adamlar niyə onlara qoşulmaq istəyir?

«Hillary Clinton-dan 4 il sonra bizim nəyimiz var? İŞİD regionun hər yerinə yayılıb və dünyaya soxulur. Liviya xarabalığa dönür və bizim səfirlik, əməkdaşlarımız yırtıcı qatillərin əlində köməksiz qalıb. Misir radikal Müsəlman Qardaşlarının ölkəsinə çevrilib. İraqda xaosdur, İran nüvə silahı əldə etmək yolundadır. Suriya vətəndaş müharibəsinin cəngində məhv olur və immiqrant böhranı Qərbi təhlükəylə üzləşdirib. Yaxın Şərqdə 15 illik müharibədən sonra, trilyonlarla dollar xərcləyəndən və minlərlə itkidən sonra vəziyyət əvvəlkindən daha pisdir».

Donald Trump
Donald Trump

«Biz bu uğursuz siyasətdən imtina etməliyik və Hillary Clinton-un İraq, Liviya, Misir və Suriyadakı yürütdüyü rejimi dəyişməliyik».

Buna da bax: Son deyil, ardı mütləq gələcək

«Əvəzində biz İŞİD-i məhv etmək istəyən və İslam terrorizminə qarşı mübarizə aparmaq kimi məqsədimizi bölüşən, bunu indi edən və sürətlə edən bütün müttəfiqlərimizlə əməkdaşlıq etməliyik. Biz qələbə çalacağıq. Biz daha tez qələbə çalacağıq. Regionda bizim işlədiyimiz böyük müttəfiqlərimizdən biri İsrail dövlətidir».

«Amerikada təhlükəsiz həyat üçün biz ölkənin xaricindəki böyüyən təhlükələri dəf etməliyik. Biz İŞİD barbarizmini məğlub edəcəyik».

İran

«Biz hamımız matroslarımızın İran əsirliyində necə diz çökdürüldüklərini xatırlayırıq. Bu, İranla sövdələşmələrdən az əvvəl baş vermişdi. Bu sövdələşmədə biz İrana 150 milyard dollar verəcəyik, əvəzində heç nə almayacağıq. Bu, tarixdə ən pis sövdələşmə kimi xatırlanacaq».

Buna da bax: Paşayevlərin gəlirli Retro biznesi

NATO

«Bu yaxınlarda dedim ki, NATO köhnəlib. Çünki bu qurum terroru layiqincə aşkar etmir. Digər tərəfdən, bir çox NATO ölkələri xərcləri qarşılamırlar. Yenə də həmişəki kimi bu qurumun maliyyə yükünün ABŞ çəkir. Bu günlərdə NATO elan etdi ki, terrorizmlə mübarizə üçün yeni proqram işə salacaq. Düzgün istiqamətdə doğru addım».

İMMİQRASİYA

«Nəhayət, ən vacibi biz araşdırma mexanizmini işə salana qədər təxirə salmadan terrorizmlə barışmış istənilən ölkədən immiqrasiyanı dayandırmalıyıq. Biz onları ölkəmizdə istəmirik».

«Mənim rəqibim deyir ki, qaçqınların hardan gəlməsinə, kim olmasını göstərən üsul yoxdur. Mən yalnız onu istərdim ki, ölkəmizdə dəyərlərimizi dəstəkləyən və insanlarımızı sevənlərə fərdi müraciət edim. Zorakılığa yol verən, nifrətə köklənənlərə bizim aramızda yer yoxdur və olmayacaq da».

Buna da bax: Türkiyədə çevriliş cəhdi: Hər şey necə başladı?

«Biz qeyri-qanuni immiqrasiyanı dayandırmaq, quldurları və zorakılığı dayandırmaq, narkotikin bizim cəmiyyətimizə yayılmasını dayandırmaq üçün sərhəddə böyük divar hörəcəyik (ABŞ-Meksika sərhədi nəzərdə tutulur - red.)»

ABŞ hərbisi

«Biz bitib tükənmiş ordumuzu yenidən quracağıq».

Obamanın xarici siyasəti

«Obama Amerikanın xarici siyasətini Hillary Clinton-a tapşırdıqdan sonra Amerika da təhlükəsizlikdən uzaqdır, dünya da. Əminəm ki, bu, onun səmimi şəkildə təəssüf etdiyi qərardır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG